“Rusiya Ukraynaya ikinci böyük hücum əməliyyatına hazırlaşır. Xeyli müddətdir ki, Rusiya iri miqyaslı hücum əməliyyatları həyata keçirə bilmir. Rusiyanın indiyə qədər işğal etdiyi ərazilər əsasən savaşın ilk günlərindəki böyük hücumun nəticəsində işğal olunub. Son 10 gün ərzində cəbhə xəttinin əksər istiqamətlərində vəziyyət sabitləşib. Sanki savaş uzanan müharibəyə çevrilir”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.
Ə.Kərimli qeyd edib ki, Rusiya Ukrayna ilə savaşın çox uzanmasını qətiyyən istəmir: “Savaşın uzun çəkməsi Rusiyanın hərbi itkilərini çox artırar, sosial-iqtisadi böhranı dərinləşdirər, müharibə əleyhinə hərəkatı gücləndirər, Rusiyada rejim əleyhdarlarını daha da artırar. Bütün bunları, yəqin ki, Putin də hesablayır. Ancaq Putin indiyə qədər əldə etdiklərilə də kifayətlənib, dayanmaq istəmir. Baxmayaraq ki, son günlərdə Zelenski hansısa kompromisslərdən danışır, ancaq Ukraynanın bu mərhələdə gedə biləcəyi güzəşt Putini razı salmır. Ona görə də Rusiya ordusu savaşın ilk günlərindəkinə bənzər böyük, qanlı hücum hazırlayır. Rusiya budəfəki hücuma elə hazırlaşır ki, sanki Ukrayna ilə yox, NATO ilə savaşacaqlar. Ermənistanda Gümrü hərbi bazasındakı əsgərlərinin, Qarabağdakı "sülhməramlılarının" xeylisini Ukrayna cəbhəsinə cəlb edib. Uzaq Kamçatkadan Sakit Okean Donanmasının dəniz piyadaları, Rosqvardiyanın Sibir ərazisindəki birlikləri, Moskva və Peterburq ətrafındakı rezervlər də Ukraynaya 2-ci böyük hücum üçün səfərbər olunur. Rusiyanın xaricdən hərbi dəstək, hətta muzdlular cəlb etmək imkanı çox məhduddur. Ümidləri Suriya və Serbiyayadır. Hər iki ölkədən bacardıqları qədər muzdlu cəlb edirlər. Üstəlik, Rusiyanın özündə hər yerdə döyüş təcrübəsi olan muzdlular toplanılır. Rusiya istəyir ki, nəinki Ukraynada verdiyi hərbi itkilərin yerini doldursun, hətta ikinci böyük hücum əməliyyatına 24 fevralda - savaşın ilk günündə olduğundan daha böyük qüvvə səfərbər etsin. Rusiya rəhbərliyinin məqsədi budəfəki böyük hücumla Kiyev, Xarkov kimi böyük şəhərləri işğal etməkdir. Rusiya budəfəki böyük hücumla Mariupol, Nikolayev və Odessanı işğal edib Ukraynanı Qara dənizə çıxışdan məhrum etmək, bununla da savaşda əsaslı dönüşə nail olaraq, Zelenskini maksimum güzəştlərə məcbur etmək istəyir. Plan bundan ibarətdir ki, qarşıdakı bir neçə həftədə maksimum mümkün olan hərbi uğur və Ukraynadan mümkün olan ən böyük güzəşt əldə edilsin və savaş sülh sazişi ilə başa çatsın.
Ancaq Rusiyanın bu strategiyasının zəif cəhəti də çoxdur. Əgər Ukrayna bu hücumu da dəf edə bilsə, Rusiyanın hərbi imkanları tükənəcək və növbəti belə böyük hücumlara resursu qalmayacaq. Rusiyanın ikinci böyük hücumu da uğursuzluğa düçar olacağı təqdirdə Rusiya ordusunda demoralizasiya artacaq, hərbi itkilərin yerini doldurmaq çətinləşəcək, ölkədə böhran dərinləşəcək. Hamı başa düşəcək ki, Rusiya bütün imkanlarını səfərbər etdi və bacarmadı. Ukrayna növbəti böyük hücumu da dəf edə bilsə, onun ordusunda və xalqında çox böyük ruh yüksəkliyi yaranacaq, savaşa qoşulan könüllülərin və xaricdən gələcək silah yardımlarının sayəsində Ukrayna ordusu itkilərinin yerini daha tez doldura biləcək. Ukrayna Rusiyanın ikinci böyük hücumunu da dəf edə bilsə, savaşda strateji təşəbbüs Ukraynanın əlinə keçəcək. Ümid edək ki, Ukrayna rəhbərliyi də Kremlin planlarını bilir. Ukraynanın ağrılı kompromislərə məcbur olmaması və ya savaşın Mərkəzi və Qərbi Ukraynaya keçməməsi üçün Ukrayna ordusu gözlənilən böyük hücumu da dəf etməyi bacarmalıdır. Ümid edək ki, bacaracaq”.
Leyla
24 Oktyabr 09:31
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
Ən son xəbərləri səhifəmizdən də izləyin