BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı qadın Türkiyədə əri tərəfindən bıçaqlandı

Türkiyədə Azərbaycan əsilli Aynurə adlı qadın əri tərəfindən bıçaqlanıb.

Pravda.az xəbər verir ki, hadisə Çorlu rayonunda baş verib.

Belə ki, Aynurənin əri Ferdi Çalışır ögey xalası Adviye Özgürün külli miqdarda pulunu mənimsəyib. F.Çalışır pulunu istəməyə gələn 73 yaşlı qadını 12 bıçaq zərbəsi ilə qətlə yetirib. Cinayətin qarşısını almağa çalışan Aynurə həyat yoldaşı tərəfindən kürəyindən bıçaqlanaraq yaralanıb.

Məhkəməyə çıxarılan F.Çalışır həbs edilib.

Qafqazinfo 

Tarix: 13 Mart 2022, 21:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin