BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 27 yaşlı qadını əri öldürdü

Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənova öldürülüb.

Prokurorluqdan Pravda.az-a verilən məlumata görə, onun əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix: 14 Mart 2022, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin