BURADA REKLAMINIZ OLA
BİLƏR

“Savaş uzandıqca media təmsilçiləri sırasından müharibə qurbanlarının artma təhlükəsi də böyüyür”

“Müharibə media təmsilçilərinin fəaliyyəti baxımından böyük təhlükə meydanıdır. Rusiya-Ukrayna müharibəsi də istisna deyil. Nüfuzlu “Time” jurnalının əməkdaşı Brent Reno Kiyev yaxınlığındakı İrpendə peşə vəzifəsini yerinə yetirərkən həyatını itirib. Vaxtilə “New York Times”ın müxbiri olmuş Reno Rusiya-Ukrayna müharibəsinin ilk jurnalist qurbanı kimi tarixə düşəcək. Ən pisi isə budur ki, savaş uzandıqca media təmsilçiləri sırasından müharibə qurbanlarının artma təhlükəsi də böyüyür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

 

“Pis deyəcəyimiz daha bir məqam var – müharibə bütün dəyərləri sıradan çıxardığı kimi, jurnalistika dəyərlərini də saymazdan gəlir. Dünyanın gündəmi Ukraynadır. Bu gündəmdə hər tərəf öz həqiqətləri və doğruları ilə silahlanıb. İnsan həyatı o həqiqətlər və doğruların yanında silahsızdır, əliyalındır, köməksizdir, çarəsizdir. Müharibənin dəhşəti də elə budur” – Ə.Amaşov qeyd edib.

Tarix: 14 Mart 2022, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin