BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzulidə iki "Mercedes" toqquşdu

Füzuli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-dən verilən məlumata görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

 

Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

 

Füzuli RPŞ-də araşdırma aparılır.

Tarix: 14 Mart 2022, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin