BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşa yol polisinin rəisi qəzaya düşdü, iki nəfər öldü - VİDEO

Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

DİN Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Füzuli RPŞ-də araşdırma aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən “Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa rayon yol polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

 
 


Tarix: 14 Mart 2022, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin