BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında bludlu hava şəraiti üstünlük təşkil edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

 

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 8-10° isti, gündüz  11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz  11-13°  isti təşkil edəcək.

 

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək.  Nisbi rütubət 80-90 % olacaq. 

 

Noyabrın 4-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb  küləyi əsəcək.  Havanın temperaturu gecə 4-9° isti, gündüz  14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  5-10° isti təşkil edəcək.

Tarix: 3 Noyabr 2019, 13:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin