BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısının köməkçisi saxlanıldı - FOTO

Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev tutulub.

 

Pravda.az-ın xəbərinə görə, Vahid İsayav Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.

 

Vahid İsayev ötən 15 il ərzində 5 icra başçısının köməkçisi vəzifəsində çalışıb.

 

Xatırladaq ki, bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

 

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb.

 

APA

Fotoları təqdim edirik
Tarix: 14 Mart 2022, 22:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin