BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan niyə Xocalı və Xankəndiyə nəzarət edə bilmir? - AÇIQLAMA

“Beynəlxalq hüquqa əsasən, Xocalı və Xankəndi Azərbaycan torpaqlarıdır. Təəssüf ki, Ermənistan tərəfindən işğal edilib və bunu təsdiq edən sənədlər də mövcuddur. Azərbaycan Vətən müharibəsində torpaqlarını azad edib, bir hissəsinə tam nəzərət etdiyimiz halda, Xocalı və Xankəndi rayonlarına nəzarət üçün Rusiya sülhməramlı qüvvələri vasitəçi rolunu oynayır. Orada hələ də qalmaqda olan qeyri-qanuni silahlı qüvvələrin isə çıxarılması üçtərəfli bəyanatlardə əksini tapıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan son günlər ermənilərin təxribatları ilə davamlı olaraq üzləşir: “Prezident İlham Əliyev dəfələrlə açıqlama verərək bildirib ki, ermənilər təxribat törətməyə davam edərsə, Azərbaycanın digər ərazilərinin də tam azad olunması üçün müvafiq addımlar atacaq. Bunun üçün Azərbaycanın hüquqi baxımdan kifayət qədər əsası var. Ona görə də Ermənistan arxayın olmamalıdır. Təxribatlara son qoyulmalı, yekun sülh müqaviləsinin bağlanması üçün çalışmalıdır. Xankəndi və Xocalı rayonlarında isə nəzarət hazırda Rusiya sülhməramlı qüvvələrində olsa da, həmin torpaqlar Azərbaycan torpaqlarıdır”.

 

Nəzrin Cavid

Tarix: 15 Mart 2022, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin