BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistləri ilə görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə H.Hacıyev tviter hesabında paylaşım edib.

 

Məlumatda deyilir: “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bir qrup jurnalisti ilə görüşməkdən məmnunluq duyuruq. Onlar işğaldan azad edilmiş Ağdam və Şuşa şəhərlərində olub, 60-dan çox məscidə və digər mədəniyyət və dini abidələrə qarşı törədilən vandalizm və talanların şahidi olublar”.

Tarix: 16 Mart 2022, 01:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin