BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünya çempionunu öldürən şəxslə bağlı qərar verildi

Kikboks üzrə tanınmış idmançı Zaur Yusifovu güllələyərək öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

 

Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən Samir Şirəliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, hadisə martın 14-də Nəsimi rayonu 6-cı mikrorayon ərazisində qeydə alınıb.

 

Kikboks üzrə tanınmış idmançı Zaur Yusifov evinin yaxınlığında yerləşən marketinin içində "Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

 

Samir Şirəliyev şəxsin kriminal aləmdə "Emin 444" ləqəbli Emin Səfərovun xalası oğlu olduğu bildirilir.

 

Onu da qeyd edək ki, Zaur Yusifov məhz 2019-cu ildə tanışı Həsən Tağıyevlə birgə “Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.

 

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

 

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən ilin oktyabrında elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib, Həsən Tağıyev isə 18 il müddətə azadlıqdan məhrum edilib.

Tarix: 17 Mart 2022, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin