BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin köməkçisi BMT rəsmisi ilə Ermənistanın ekoloji ziyanını müzakirə etdi

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa ofisinin direktoru Bruno Pozzi ilə Ermənistanın 30 il davam etmiş hərbi işğalının Azərbaycana vurduğu ekoloji ziyanın nəticələrini müzakirə edib.

 

Pravda.az xəbər verir ki, bu barədə H.Hacıyev tviter hesabında bildirib.

 

Paylaşımda deyilir: “Avropa ofisinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Şuşaya səfərini müzakirə etdik. Ermənistanın 30 ildir davam edən hərbi işğalı böyük ekoloji ziyanla müşayiət olunub”.

Tarix: 18 Mart 2022, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin