BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşaya “Xankəndi” təyyarəsi ilə uçuruq” - Hikmət Hacıyev

Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabındakı paylaşımında bildirib.

 

Paylaşımda deyilir: “Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşanı ziyarət etmək üçün "Xankəndi" adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq. Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”.

Tarix: 18 Mart 2022, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin