BURADA REKLAMINIZ OLA
BİLƏR

Musa Məmmədov vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının professoru vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Petrologiya və mineralogiya şöbəsinin müdiri, professor Musa Məmmədov 82 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, M.Məmmədov 1940-cı il sentyabr ayının 20-də Gədəbəy rayonunun Hacılar kəndində anadan olub.

 

M.Məmmədov 150-dən çox elmi əsərin, o cümlədən 10 kitabın, 2 kəşfin müəllifi və həmmüəllifi idi. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunmuş, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb.

Tarix: 18 Mart 2022, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin