BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident elə şərait yaratmayıb ki, Azərbaycana qarşı sanksiya tətbiq etmək mümkün olsun” - RƏY

“Azərbaycan Rusiya ilə müttəfiqlik sazişi imzalayıb. Buna heç kim qadağa qoya bilməz, eyni zamanda, bunu əsas gətirərək Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi mümkün deyil. Rusiya və Belarusa tətbiq edilən sanksiyalardan isə daha çox ABŞ və İngiltərə yararlanıb. Onlar beynəlxalq hüququn bütün normal və prinsiplərini pozublar. Misal üçün, indiyə qədər İsveçrə bankındakı hesablarla bağlı məlumatlar gizli saxlanıldığı halda, orada 213 milyard rus rublunun olduğunu bəyan edilib. Bu, yolverilməzdir. Bu dərəcədə olmamalı idi, amma təəssüf ki, xoşagəlməz hallar həmişə baş verir”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq qeyd edib ki, Azərbaycan Rusiyanın siyasətini açıq şəkildə dəstəkləmir: “Prezident İlham Əliyev çox doğru siyasət yürütdü, Moskva ilə müttəfiqlik haqda sənəd imzalamadan Ukraynaya yollandı və bu gün də Ukraynaya humanitar yardım göstərir. Belə olan halda, Azərbaycana qarşı sanksiyaların tətbiqi mümkün deyil. Hesab edirəm ki, bu, ermənilərin yaydığı dezinformasiyadır. Azərbaycanı belə şeylər qorxuda bilməz. Sadəcə olaraq, bu gün Ermənistanda vəziyyət çox gərgindir və onlar Azərbaycanın tutduğu mövqeyə həddən artıq qısqanclıqla yanaşırlar. Gör Rusiya nə günə qalıb ki, “erməni qartalları” Ukraynaya yollanaraq Rusiyaya kömək etməyə gedirlər. Halbuki, Ermənistanda ömür boyu sığırçından başqa heç nə olmayıb. Qısacası, Azərbaycan işğalçı mövqeyi dəstəkləmir. Kim nə deyirsə, desin, biz bitərəf mövqeyimizi həmişə saxlamışıq. Azərbaycan Prezidenti elə şərait yaratmayıb ki, beynəlxalq hüquq müstəvisində Azərbaycana qarşı sanksiya tətbiq etmək mümkün olsun".

 

Nəzrin Cavid

Tarix: 18 Mart 2022, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin