BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda idmanın inkişafı Prezident İlham Əliyevin nəzarətindədir” - RƏY

“Bu gün Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını şərəf və qürurla deyə bilirik. Əlbəttə ki, bu naliyyətlərin təməlində dövlətin uğurlu idman siyasəti dayanır. Düşünürəm ki, idmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünki idman oyunları, olimpiadalar dövlətlərarası uğurlu əlaqələrin, dostluğun, sülhün əsasını təşkil edən amillərdir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov: Laçının azad olunması ilə ərazi bütövlüyümüz təmin edildi -  Yeni Gəncə

Deputat bildirib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də daima yüksək qiymətləndirilir: “İdmanın kütləviliyi dövlət tərəfindən təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin bəhrəsidir. Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birlikləri də öz işlərini, birmənalı olaraq, Azərbaycan Respublikasında idmanın inkişafına sərf etməlidir. Onlar da dövlətdən dəstək alaraq öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəsilin sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaq və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək üzərində qurmalıdırlar. Ölkəmizdə idmanın inkişafı bilavəsitə Prezident İlham Əliyevin nəzarətindədir. Artıq elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın.  Son 28 il ərzində qazanılmış çoxsaylı medallar və ölkənin bütün dünyada idman ölkəsi kimi tanınıb, nüfuz qazanması Azərbaycan idmanının əvəzolunmaz sərvətidir”.

 

Nəzrin Cavid

Tarix: 18 Mart 2022, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin