BURADA REKLAMINIZ OLA
BİLƏR

Beş il əvvəlki qətlə görə tutulanların sayı açıqlandı

5 il əvvəl qadını qətilə yetirən şəxsin atası və tanışı tutulub.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar Ağsu şəhər sakinləri - Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılıblar.

 

İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində A.Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və B.Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar.

 

Qeyd olunan əraziyə baxış zamanı A.Qəhrəmanovanın meyitin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb.

Tarix: 19 Mart 2022, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin