BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukraynadan təxliyə olunan Hüseyn Mustafayev: Azərbaycan Prezidenti hər zaman olduğu kimi bu dəfə də vətəndaşlarımızın yanında oldu

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də Ukraynada gedən hərbi münaqişədən əziyyət çəkən vətəndaşlarımızın yanında oldu.

 

Bunu Ukraynanın Krivoy-Roq şəhərindən təxliyə olunan Azərbaycan vətəndaşı Hüseyn Mustafayev söyləyib.

 

Onun sözlərinə görə, Moldovadan təxliyə təhlükəsiz həyata keçirilib.

 

“Moldovadakı səfirimiz və diplomatlarımız tam heyətlə vətəndaşlarımızın təhlükəsiz şəkildə təxliyəsini həyata keçirdilər.

 

Bizi hər bir şəraiti olan sığınacaqlara yerləşdirdilər. Sonra Azərbaycandan göndərilən xüsusi təyyarə reysi ilə vətəndaşlarımız Vətənə təxliyə edilib”, - deyə Hüseyn Mustafayev bildirib.

 

Azertac

Tarix: 20 Mart 2022, 21:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin