BURADA REKLAMINIZ OLA
BİLƏR

Liftlərdən elektrik naqillərini sökərək oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonunun 9-cu mikrorayon ərazisindəki 13 hündürmərtəbəli yaşayış binasının liftlərindən elektrik naqillərini və müxtəlif texniki avadanlıqlarını sökərək oğurlamaqda şübhəli bilinən Ağsafa rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sultan Rzayev saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Məsələ ilə bağlı araşdırma aparılır.

Tarix: 23 Mart 2022, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin