BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ və Şərqi Zəngəzur növbəti dönəmdə turizmin inkişafında yeni drayverə çevriləcək” - Deputat

“Novruz Bayramında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Qarabağ turizm potensialına görə fərqlənən bölgələrimizdəndir. Əlverişli iqlimi və relyefi ilə yanaşı Qarabağ və Şərqi Zəngəzur həm də tarixi ilə turistlər üçün cəlbedicidir. Suqovşan da böyük turizm potensialı baxımından fərqlənən bölgələrimizdəndir. İşğaldan azad olunmuş Kəlbəcər rayonu, Şuşa şəhəri Cənubi Qafqazda turizmin inkişafı baxımından az saylı regional ərazilərdən hesab edilir. Çünki bu ərazilərin yay, qış, tarixi, dini, mədəni həmçinin müalicəvi turizm potensialı böyükdür. Eləcə də, digər azad edilmiş ərazilərdə də turizm potensialı yüksək qiymətləndirilir. Məsələn, ən qədim yaşayış məntəqələrindən biri olan Füzuli rayonu yaxınlığında yerləşən Azıx mağarası turistləri cəlb edəcək məkanlardandır. Güman olunur ki, bu, bərpa prosesindən sonra ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov bildirib.

 

Deputat xatırladıb ki, pandemiyadan əvvəl, 2019-cu ildə ölkəyə gələn turistlərin sayı 3.2 milyon nəfərədək yüksəlib: “İşğaldan azad olunan ərazilərimiz bərpa olunduqdan sonra ölkəyə gələn, turistlərin sayının qısa zamanda 5 milyon nəfərədək yüksələcəyi gözlənilir. Eyni zamanda, daxili turizmin gəlirlərinin yüksələcəyi və Ümumi Daxili Məhsuldakı payın artacağı proqnozlaşdırılır. Pandemiyadan əvvəl il ərzində 5 milyondan artıq vətəndaşımız turist kimi xaricə gedirdi. İndi isə onların bir qisminin işğaldan azad olunmuş ərazilərə səfər edəcəyi proqnozlaşdırılır. Bu da valyutanın ölkədə qalmasına imkan yaradacaq. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzur növbəti dönəmdə turizmin inkişafında yeni drayverə çevriləcək”.

 

Leyla

Tarix: 23 Mart 2022, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin