BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibə Qafarovaya şeir həsr edildi: “Dosta işıqsınız, düşmənə zülmət...”

Şair Bəradər Səməndərli Milli Məclisin sədri Sahibə Qafarovaya şeir həsr edib.

 

Pravda.az-ın xəbərinə görə, şeir sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Bunu nəzərə alaraq şeiri dərc edirik:

 

Siz Milli Məclisin ağır yükunü,

Zərif çiyninizə götürürsünüz.

Qarşıya qoyulan vəzifələri

Uğurlar yerinə yetirirsiniz.

 

İşıqlı sabahdı yeni hədəflər,

Tutubdu Öndərin yolun sələflər.

İndi laləzardı bütün tərəflər,

Gül əkir, çiçəklər bitirirsiniz.

 

"Şeş qoşa" düşübsə, doğru zər atdım,

Demirəm, dünyanı qurub, yaratdım.

Uğurlu nəticə verir hər addım,

Yolu doğru-düzgün qət edirsiniz.

 

Bəzəkçün əkilmir meyvə torpağa,

Bələdçi gərəkmi görünən dağa?

Parlamentarizmi durub yazmağa,

Motivasiyanı düz verirsiniz.

 

Siyasi müstəvi; tarazlıq-balans,

İlahi sizlərə bəxş edibdi şans.

Dostlar artırılır, bağlanır alyans,

Elə ki, səfərə siz gedirsiniz.

 

Sizinlə fəxr edir bu xalq, bu millət,

Dosta işıqsınız, düşmənə zülmət,

Vətəni sevməyən kəsləri əlbət,

Silib qəlbinizdən itirirsiniz.

 

Nyuton kəşf etdi "Cazibə" xanım,

Yaratdı kosmosla rabitə xanım.

Siz də iki ildi Sahibə xanım,

Məclisə yenilik gətirirsiniz.

 

Bəradər, vəsf etmək mədhiyyə deyil,

Əsl poeziya bədiyyə deyil.

Bu məqsəd, məfkurə səviyyə, sivil,

Hədəfi düz seçib, düz gedirsiniz.

 

Qeyd: B.Səməndərli “Atribut” qəzetinin baş redaktorudur. Onun rəhbərlik etdiyi qəzet Milli Məclisdə akkreditasiyadan keçib.

 

Kamran

Tarix: 23 Mart 2022, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin