BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Kərimli: “Uzunmüddətli, üzücü müharibədə Rusiyanın gücü daha tez tükənəcək”

“Putinin köməkçisi Dmitri Peskov bəyan edib ki, Rusiyanın mövcudluğu üçün təhlükə yaranacağı halda nüvə silahından istifadə edəcəklər. Superdövlətlik iddiasında olan Rusiya güc sıralamasına görə dünyada 22-ci yerdə olan Ukrayna ordusu ilə savaşda mövcudluğuna təhlükə yaranacağını real hesab edir. Belə pessimist düşünməkdə Rusiya rəhbərliyi haqsız da deyil. Onun iddialı, dünya ikincisi sayılan ordusunun hücumu 3 həftədir, Ukrayna ordusu tərəfindən bütün istiqamətlərdə dayandırılıb və yerində sayır. Ukrayna ordusu, hətta ara sıra əks-hücuma da keçir. Rusiya üçün həqiqətən də çətin vəziyyət yaranıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

 

Ə.Kərimli qeyd edib ki, Rusiyanın ildırımsürətli müharibə planı baş tutmayıb: “Ukraynanı bir neçə günə məğlub edə bilmədilər. Rusiya istəməsə də, artıq müharibə tərəflərin bir-birini tükəndirməsinə hesablanan uzunmüddətli müharibəyə çevrilib. Qərbin Ukraynaya güclü iqtisadi və hərbi dəstəyi şəraitində uzunmüddətli, üzücü müharibədə də Rusiyanın gücü daha tez tükənəcək”.

 

Kamran

Tarix: 23 Mart 2022, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin