BURADA REKLAMINIZ OLA
BİLƏR

Tərtərdə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Tərtər Rayon Suvarma Sistemləri İdarəsindən subartezian quyularını elektrik enerjisi ilə təmin edən naqillərin oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif vaxtlarda elektrik naqillərini oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Əsəd Mirzəyev saxlanılıb.

 

Onun ətrafında davam etdirilən tədbirlərlə vətəndaşa məxsus 1500 manat dəyərində su motoru da oğurladığı müəyyən edilib.

 

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb və Ə.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix: 24 Mart 2022, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin