BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı reallığı əks etdirməyən bəyanat

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı həqiqəti əks etdirməyən bəyanatla çıxış edib.

 

Pravda.az-ın xəbərinə görə, bildirilir ki, guya Azərbaycan martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub, Qarabağ ərazisində müşahidə məntəqəsi qurub, “Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Fərrux yaşayış məntəqəsi ərazisində "Qarabağ silahlı birləşmələrinin bölmələrinə" 4 zərbə endirib.

 

Redaksiya: Azərbaycan öz ərazilərində mövqelərin dəqiqləşdirilməsi prosesini həyata keçirir. Bu, imzalanan bəyanatlarda da əksini tapıb. Burada hansısa dövlətin müdaxiləsi yolverilməzdir. Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi ortaya konkret mövqe qoyub.

 

Kənan

Tarix: 26 Mart 2022, 22:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin