BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda toyda dava düşüb, xəsarət alan var

Astarada toyda dava düşüb, xəsarət alan var.

 

Hadisə ötən gecə Astara şəhərindəki şadlıq evlərindən birində baş verib.

 

Belə ki, 1994-cü il təvəllüdlü Nəhmətulla Natiq oğlu Səfərli baş nahiyəsindən küt alətlə xəsarət alıb. Məlum olub ki, N.Səfərliyə xəsarət yetirən şəxs bibisi oğludur.

 

Onların hər ikisinin Lənkəran rayonu, Şıxəkəran kənd sakinləri olduğu və aralarındakı münaqişənin iştirak etdikləri qohum toyunda yenidən qızışdığı bildirilir.

 

N.Səfərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 27 Mart 2022, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin