BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik təsdiqlənib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu imzalayıb.

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № I, maddə 23) 9.6-cı maddəsində “Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə)” sözləri “Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə)” sözləri ilə, “tələbat” sözü “təminat” sözü ilə əvəz edilib.

Tarix: 28 Mart 2022, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin