BURADA REKLAMINIZ OLA
BİLƏR

Oğuzda meşə ərazisində yanğın baş verdi

Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığındakı meşə sahəsində yanğın hadisəsi baş verib.

Pravda.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

ETSN-nin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğın söndürülüb.

Yanğın nəticəsində təxminən 1,5 hektar ərazidə quru ot örtüyü yanıb.

Tarix: 28 Mart 2022, 19:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin