BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qeyri-qanuni erməni silahlı dəstələri ərazilərimizdən çıxarılmalıdır"

“Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmiz bütün  ölkələrin  suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edir”.

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayevlə görüşdə bildirib.

Sahibə Qafarova deyib ki, Ermənistan yenə də təxribatlarını davam etdirir.

Spikerin sözlərinə görə, Üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır:

“Lakin təəssüf ki, onlar bu günə qədər bu öhdəliklərini yerinə yetirməyiblər. Əksinə, son dövrlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatları daha da artırıb”.

Milli Məclisin sədri deyib ki, Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Tarix: 28 Mart 2022, 19:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin