BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Rusiyanın Kiyev ətrafında hərbi aktivliyi azaltması vədinə inanmır

 ABŞ Rusiyanın Ukrayna ilə danışıqlarda ciddi olduğunun əlamətlərini görməyib.

 

Bunu ABŞ Dövlət katibi Entoni Blinken Mərakeşin xarici işlər naziri Nasser Bourita ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

O bildirib ki, ABŞ Rusiya-Ukrayna danışıqlarının effektiv şəkildə irəlilədiyini, eləcə də Rusiya tərəfindən bu danışıqlara real ciddiyyət göstərildiyinin əlamətlərini görməyib.

 

“Rusiyanın nə dediyi və nə etdiyi ortadadır”, - Blinken bildirib. Dövlət katibi əlavə edib ki, Rusiyanın Kiyev ətrafında hərbi əməliyyatları azaltması ilə bağlı bəyanatı insanları yanıltmaq məqsədi daşıya bilər.

 

Dövlət katibi Rusiyanı döyüş əməliyyatlarını dayandırmağa və hərbi qüvvələrini geri çəkərək danışıqlarda iştirak etməyə çağırıb.

 

APA

Tarix: 29 Mart 2022, 19:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin