BURADA REKLAMINIZ OLA
BİLƏR

Dərmandan zəhərlənən keçmiş bələdiyyə sədri xəstəxanada öldü

Qaxda ötən gün dərmandan zəhərlənən keçmiş bələdiyyə sədri Bakıda xəstəxanada ölüb.

 

Qax rayonunun Qum kənd sakini 44 yaşlı Fərid Həşimov bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

 

Fərid Həşimov ötən gün günorta saatlarında dərman zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan martın 29-dan 30-na keçən gecə Bakı şəhərindəki xəstəxanalardan birini göndərilmişdi.

 

Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qax rayonunun Qum kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Bir neçə ay əvvəl işindəki nöqsanlara görə vəzifəsindən kənarlaşdırıldığı bildirilib.

 

APA

Tarix: 30 Mart 2022, 16:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin