BURADA REKLAMINIZ OLA
BİLƏR

Sükan arxasında əlində içki şüşəsi olan şəxs üzr istədi - VİDEO

Sosial şəbəkə hesablarının birində sürücüləri avtomobili spirtli içkinin təsiri altında idarə etməyə təşviq edən şəxsin videogörüntüsü yayımlanıb.

 

Araşdırma zamanı sözügedən videogörüntünün İsmayıllı rayon sakini Musayev Rauf Xalıq oğlu tərəfindən çəkilərək paylaşıldığı müəyyən edilib.

 

Polis şöbəsinə dəvət olunan R.Musayev faktı təsdiq edib, bununla yanaşı videogörüntü vasitəsilə ictimaiyyətə müraciət edərək yol verdiyi əmələ görə peşman olduğunu bildirib.

 

Cəmiyyətdə, xüsusilə gənclər arasında neqativ meyillərin formalaşmasına xidmət edən bu tip paylaşımların doğurduğu acı nəticələrlə bağlı vət.R.Musayevlə profilaktik söhbət aparılıb və barəsində qanunamüvafiq tədbir görülüb.

 

 

Tarix: 30 Mart 2022, 23:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin