BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağ Ev: Bayden hərbi qarşıdurmaya səbəb olacaq qərarlar qəbul etmək niyyətində deyil

ABŞ prezidenti Co Bayden Vaşinqtonla Moskva arasında birbaşa hərbi qarşıdurmaya səbəb olacaq qərarlar qəbul etmək niyyətində deyil.

 

Pravda.az "UNİAN"a istinadən xəbər verir ki, bunu Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild dəyib.

 

"Prezident Ukraynaya konkret olaraq nə göndərəcəyinə qərar verərkən iki məqamı nəzərə alır", deyə o bildirib.

 

Bedinqfildin sözlərinə görə, birincisi, Ukrayna silahlı qüvvələri üçün nəyin ən effektiv və ən faydalı olacağı barədə ordunun qiymətləndirilməsidir. İkinci amil isə Baydenin Amerika silahlı qüvvələri ilə Rusiya silahlı qüvvələri arasında birbaşa münaqişəyə can atmamasıdır.

 

Leyla

Tarix: 31 Mart 2022, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin