BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Bəzilərinin səviyyəsi Sahibə Qafarovanın polemikadan qalib çıxması fonunda milçəklik etməyə çatır”

Milli Məclisin sədr müavini Adil Əliyev spiker Sahibə Qafarova ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, A.Əliyev deyib ki, bəzilərinin səviyyəsi Sahibə Qafarovanın erməni tərəfi ilə gərgin polemikadan qalib çıxması fonunda milçəklik etməyə çatır.

 

“Hörmətli spiker Sahibə xanım Qafarova Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərini də gözəl bilir. Ermənistanın spikeri ilə mübahisədə dövlətimizi və milli maraqlarımızı tutarlı arqumentlərlə müdafiə edərək erməni spikeri də Azərbaycanın təklif etdiyi beş bəndlik sülh təklifi ilə razılaşmaq məcburiyyətində qoydu. Sahibə xanım bu səviyyədə şəxsiyyətdir. Bəzilərinin səviyyəsi isə Sahibə xanımın erməni tərəfi ilə gərgin polemikadan qalib çıxması fonunda milçəklik etməyə çatır. Milçək bir şey deyil, könül bulandırır...” – A.Əliyev qeyd edib.

Tarix: 31 Mart 2022, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin