BURADA REKLAMINIZ OLA
BİLƏR

Uçqun olan məktəblə bağlı rəsmi açıqlama

Cəlilabad rayon Təhsil Şöbəsi uçqun olan məktəblə bağlı açıqlama verib.

 

Açıqlamada deyilir:

 

"19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün  28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb.

 

Qeyd üçün bildiririk ki, hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib.

 

Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 01.11.2021-ci il tarixdən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər.

 

Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb".

 

Report

Tarix: 31 Mart 2022, 23:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin