BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda kişi qardaşının həyat yoldaşını qətlə yetirdi

Martın 31-i saat 20 radələrində Cəlilabad rayonu, Sarxanlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

 

Cəlilabad rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin ərinin qardaşı 1966-cı il təvəllüdlü Mehdi Həsənovun birgə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Südabə Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 1 Aprel 2022, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin