BURADA REKLAMINIZ OLA
BİLƏR

Britaniya məcburi köçkünlərin qaytarılmasını dəstəkləyir

"Azərbaycanlı məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq arzusundadır, biz də bu istəyi dəstəkləyirik və bu səbəbdən, işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək veririk".

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda deyib.

 

Səfir bildirib ki, Böyük Britaniya ərazilərin minalardan təmizlənməsi işində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) dəstək verir: “Ağdamda Böyük Britaniya istehsalı olan xüsusi minaaşkarlayan dronlar var”.

 

O, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa işinin sürətinin valehedici olduğunu vurğulayıb.

Tarix: 1 Aprel 2022, 10:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin