BURADA REKLAMINIZ OLA
BİLƏR

Azad Rəhimov: “Koronavirusla əlaqədar heç bir məhdudiyyət qoymamışıq"

"Hazırda idmançılarımıza koronavirusla əlaqədar hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq".

 

Pravda.az-ın xəbərinə görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.

 

O, koronavirus təhlükəsi görülən ölkələrlə bağlı federasiyalarla birlikdə qərar qəbul etdiklərini bildirib: "Bu gün bəzi ölkələr bu cür məhdudiyyətlər qoyurlar. Buna misal olaraq, İtaliyanı göstərmək olar. Hazırda İtaliyada bütün yarışlar ləğv olunub".

 

Nazir bu gün mövcud olan vəziyyətlə tanış olmağa və idmançıları qorumağa çalışdıqlarını vurğulayıb: "Bildiyiniz kimi 5 aydan sonra Tokio-2020 Olimpiya Oyunları keçiriləcək. Əsas məqsədimiz idmançıları bu yarışlar üçün qorumaqdır".

 

 

Tarix: 27 Fevral 2020, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin