BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilyam Hacıyevin oğlundan açıqlama

Bu gün Məhəmməd Hacıyev vəzifədən azad olunması ilə bağlı açıqlama verib.

 

M.Hacıyev bildirib ki, işdən ayrılmaq üçün özü Baş Prokuror Kamran Əliyevə müraciət edib.

 

“Şəxsi işlərim çox olduğundan xidməti işləri görməyə vaxtım uyğunlaşmırdı. Bu səbəbdən bir neçə gün öncə özüm könüllü olaraq Baş prokuror Kamran Əliyevə müraciət etdim ki, məni tutdugum vəzifədən sərəncama götürsün”, - o qeyd edib.

 

Qeyd edək ki, Məhəmməd Hacıyev həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin oğludur. O, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi idi.

 

Qafqazinfo

Tarix: 1 Aprel 2022, 21:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin