BURADA REKLAMINIZ OLA
BİLƏR

Tikinti şirkəti "Azərişıq" ASC-ni məhkəməyə verdi

"Azərişıq" ASC məhkəməyə verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə "Sumqayıt" Mənzil-Tikinti Kooperativi Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib.


Belə ki, Mənzil-Tikinti Kooperativi ASC-yə qarşı qanunsuz cərimə ilə bağlı tələb irəli sürüb. Lakin cərimənin məbləği açıqlanmayıb. İddia hakim Xəqani Tağıyevin icraatına verilib. 


Məhkəmənin hazırlıq iclası aprelin 20-nə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 2 Aprel 2022, 07:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin