BURADA REKLAMINIZ OLA
BİLƏR

ETSN: Ağaclar kəsilməyib, köçürülüb - FOTO

Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Pravda.az-a bildirib ki, sözügedən ərazidə sosial obyektin tikintisi məqsədilə tikinti altına düşən 6 müxtəlif cinsli ağacın Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında köçürülməsinə, köçürülməsi mümkün olmayan 1 tut ağacının isə götürülməsinə icazə verilib: "Ağaclar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən Birliyin Motodrom tinglik sahəsinə köçürülüb, bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir".

Fotoları təqdim edirik
Tarix: 27 Fevral 2020, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin