BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda üç yaş yaşlı uşağın burnunda şurup qırığı qaldı

Azərbaycanda üç yaş yaşlı uşağın burnunda şurup qırığı qalıb.

 

Pravda.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında həkim Aydın Əliyev paylaşım edib.

 

“Üç yaşlı uşaq evdə şurup qırığını götürüb burnuna daxil edib, metal yad cisim burun-udlaqdan qida borusuna, oradan da mədəyə keçib. Mədənin metal yad cismi”, - deyə həkim qeyd edib.

 

O, bildirib ki, uşaq hazırda həkimlərin müşahidəsi altındadır, daha sonra onun əməliyyat olunub-olunmayacağına dair qərar veriləcək.

 

Həkim bir daha xəbərdarlıq edib ki, körpə-anlaqsız uşaqların əlinin çatacağı yerlərə kiçik əşyalar qoymaq olmaz.

Tarix: 2 Aprel 2022, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin