BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxdu

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı koronavirusa yoluxub.

 

Pravda.az xəbər verir ki, bu barədə 58 yaşlı səfir tviterdə bildirib.

 

Paylaşımda qeyd olunub: “Həyat yoldaşımla birgə koronavirus testimiz pozitiv çıxıb. Xəstəliyim ağır qrip şəklində keçir. Çox şükür, vəziyyətimiz yaxşıdır. Vəziyyətimizi müşahidə altında saxlayan Azərbaycan Xarici İşlər Nazirliyi və cənab nazir Ceyhun Bayramov və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik”.

Tarix: 2 Aprel 2022, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin