Rusiya Ukraynaya müdaxilə edən hərbi texnikasını “Z” hərfi ilə işarələyir.
Məntiqi müxtəlif cür izah edilsə də, “Z” hərfi Ukraynada aparılan müharibəyə dəstək simvoluna çevrilib. Bu rəmz Rusiyanın dövlət telekanallarında, mediada və küçə plakatlarında geniş reklam olunur. Almaniyada “Z” hərfindən Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək rəmzi kimi istifadə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
“Reuters” agentliyi yazır ki, bunu martın 30-da Berlin torpağının daxili işlər naziri bildirib. Nazir deyib ki, şəhərin hakimiyyət orqanları “Z” rəmzindən istifadə olunması hallarına qarşı qəti mübarizə aparacaq.
Bundan əvvəl eyni bəyanatla Bavariya və Aşağı Saksoniya torpaqlarının rəhbərliyi çıxış edib.
Almaniya federal hökumətinin Daxili İşlər Nazirliyi bildirib: "Əlbəttə "Z" hərfi qadağan olunmur, lakin bu hərfdən bir sıra fərdi hallarda Rusiyanın təcavüzkar müharibəsinə dəstək rəmzi kimi istifadə edilə bilər”.
“Samsung” şirkəti də bəzi Avropa ölkələrində öz smartfonlarının adındakı "Z" hərfini yığışdırıb. Şirkət bu dəyişikliyi hələki yalnız Estoniya, Litva və Latviya saytlarında edib. “Samsung” şirkəti bu addımı barədə ayrıca açıqlama verməyib. Şirkət bu işarədən 2020-ci ildən özünün qatlanan "Galaxy Z Fold 3" və "Galaxy Z Flip 3" brendlərində istifadə edir. Həmçinin bildirlir ki, “Samsung” martın əvvəlindən Rusiyaya öz telefonlarının ixracını dayandırıb.
Öz emblemində “Z” hərfindən İsveçrənin “Zurich Insurance” sığorta şirkəti də imtina edib.
Maraqlıdır, rus hərbi texnikaları üzərində əksini tapan və açması rus dilində “Za pabedu”, yəni “Qələbəyə doğru” olduğu deyilən "Z" hərfinə etiraz əlaməti olaraq ölkəmizdəki şirkətlər qoşula bilərmi?
Əlbəttə ki, burada "Z" hərfinin əlifba sırasından çıxarılmasından söhbət getmir, simvoldan gedir.
Mövzu ilə bağlı Cebhe.info-ya Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev danışıb.
O bildirib ki, hər bir şirkət müəyyən simvol, həflərdən istifadə edə bilər: “Bu, beynəlxalq səviyyəli faşizmə, aqressiyaya və insan hüquqlarının pozulmasına xidmət edərsə, əlbəttə ki, qəbul olunmamalıdır. Əgər şirkət məhsuluna sünbül, yaşıl budaq və s. emblemi qoymaq istəsə, bu, həmin sahibkarın özünün səlahiyyətidir. Məhsul keyfiyyətli məhsuldursa, biz niyə etirazımızı bildirməliyik? Ona görə də bunu düzgün hesab etmirəm. Beynəlxalq aləmdə qadağan olunmuş simvollar var. Əgər elə simvollardan istifadə olunarsa, bunun əleyhinə çıxa bilərəm. Mən bəlkə “Z” hərfini “Za pabeda” kimi deyil, zəriflik kimi başa düşəcəyəm? Digər biri də zorakılıq kimi başa düşə bilər”.
Deputatın fikrincə, Rusiyanın hərbi texnikalarının üzərindəki “Z” simvol - hərfi qarşı tərəfin hərbi maşınlarından fərqlənməkdən ötrüdür:
“Yəni bu simvol qarşı tərəfin hərbi texnikalarından fərqləndirmək məqsədi daşıyır. Bu, fərqləndirici işarədir. Maşınların markaları var: AA, AB, AC və s. Bu, fərqlənmə nişanlarıdır. Ruslar da tankların üzərinə fərqlənmək üçün bunu qoyublar. Mən aqressiyanın tərəfdarı deyiləm. Əlbəttə ki, o maşınlar insanları qırmağa gedirsə, həmin texnikaların ora getməyini əleyhinəyəm. Amma müəyyən işarə qoymaq niyə Azərbaycanda qadağa olunmalıdır?! Biz müharibəyə öz etrazımızı bildirməliyik. Ukraynalılar ayaqlarına fərqlənməyə görə sarı lent bağlayırlar. Bizim patrul işçiləri qollarına qırmızı lent bağlayırlar ki, digər insanlardan fərqlənsinlər”.
24 Oktyabr 10:33
24 Oktyabr 10:29
24 Oktyabr 10:25
24 Oktyabr 10:21
24 Oktyabr 10:15
24 Oktyabr 10:10
24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:31
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
Ən son xəbərləri səhifəmizdən də izləyin