BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentdən generallarla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:

 

Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

 

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

 

Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.

Tarix: 27 Fevral 2020, 15:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin