BURADA REKLAMINIZ OLA
BİLƏR

Partlayışda xəsarət alanların son vəziyyəti ilə bağlı yeni açıqlama

Bakıda gecə klubundakı partlayış zamanı yaralanaraq ilkin tibbi xidmətdən sonra evə buraxılanlardan əlavə, stasionarda müalicə alan daha bir nəfər xəstə də ambulator müalicəyə ayrılıb.

Pravda.az.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir.

Bununlada, gün ərzində stasionar müalicəyə qəbul olunub ambulator müalicə üçün evə buraxılan xəsarət alanların sayı 3-ə çatıb.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Tarix: 3 Aprel 2022, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin