BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərsu" ASC-nin əməkdaşı iş başında vəfat etdi

Göygöldə 39 yaşlı kişi ürəktutmasında vəfat edib.

Hadisə Göygöl Su Kanal idarəsində qeydə alınıb.


Qurumun əməkdaşı 1983-cü il təvəllüdlü S.Hüseynovun səhhəti qəfil pişləşib yıxılıb.

Dərhal təcili yardım çağırılıb. Müayinə zamanı həkimlər onun öldüyünü müəyyən edib.

Məlumata görə, 39 yaşlı S.Hüseynov ürək xəstəliyindən əziyyət çəkirmiş.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 4 Aprel 2022, 07:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin