BURADA REKLAMINIZ OLA
BİLƏR

47 yaşlı kişi tanışı tərəfindən qətlə yetirildi

Bakıda 38 yaşlı kişi tanışını qətlə yetirib.

Sabunçu Rayon prokurorluğundan Pravda.az-a bildirilib ki, aprelin 2-də Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Natiq Nəcəfovun xəsarət alması və xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin tanışı, onunla eyni qəsəbədə yaşayan 1984-cü il təvəllüdlü Adəm Quliyevin Natiq Nəcəfova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Adəm Quliyev şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.

Tarix: 4 Aprel 2022, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin