BURADA REKLAMINIZ OLA
BİLƏR

Partlayış olan gecə klubunda Taleh Boradigahinin də payı var? - Dini ifaçıdan iddialara cavab

Xəbər verdiyimiz kimi, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda dünən gecə saatlarında partlayış baş verib.

 

Partlayış dalğasının 50 metr məsafəni əhatə etdiyi və qaz balonunun məkanda qeyri-qanuni işlədilməsini nəzərə alsaq, faciə ilə bağlı çoxsaylı suallar yaranır. Suallardan biri də kubun kimə məxsus olması ilə bağlıdır.

 

Sosial şəbəkələrdə klubun mülkiyyət sənədlərinin həm də dini ifaları ilə məşhur olan Taleh Boradigahiyə məxsus olduğu iddialar yer alıb.

 

Cebhe.info müğənni ilə məsələni aydınlaşdırmaq üçün əlaqə saxlayıb.

 

"Siz nə danışırsınız? Mən ilahi mahnılar ifaçısıyam. Gecə klubunun mənə nə aidiyyəti?! Mən ilk dəfədir ki, sizdən bunu eşidirəm. Allah şahiddir. Yalnış məlumatdır. Mənə nə aidiyyəti?", - deyə o iddiaları təkzib edib.

 

Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

 

Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Tarix: 4 Aprel 2022, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin