BURADA REKLAMINIZ OLA
BİLƏR

Övladlığa uşaq götürmək istəyənlər bunu mütləq oxusunlar

Övladlığagötürmənin hansı hallarda yol verilmədiyi açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında bildirilib ki, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda valideyn-namizəd tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinə yol verilmir.

Ailə Məcəlləsinin 120.2-ci maddəsinə uyğun olaraq siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizədin övladlığa uşaq götürməsinə yol verilmir. Eyni zamanda aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə də icazə verilmir.

Ailə Məcəlləsinin 120.4-cü maddəsinə əsasən, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.

Tarix: 27 Fevral 2020, 19:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin