BURADA REKLAMINIZ OLA
BİLƏR

PA: Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri lazımınca yerinə yetirib

Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öz öhdəliklərini lazımınca yerinə yetirib.

 

Pravda.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Beynəlxalq təşkilatlarla İş sektorunun müdiri Həbib Mikayıllı Avropa Şurasının Azarbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı çıxışında deyib.

 

Sektor müdirinin sözlərinə görə, Azərbaycan Avropa Şurası ilə qarşılıqlı hörmət və anlaşma əsasında əlaqələrini davam etdirir: “Vətən müharibəsindən sonra ölkəmizdə yeni reallıq yaranıb. Avropa Şurası Azərbaycan və Ermənistan arasında etibarlılığın artırılmasında xüsusi rol oynaya bilər. Prosesi vətəndaş cəmiyyətləri başlada bilər. Beynəlxalq təşkilatlar Vətən müharibəsindən sonra Azərbaycan hökumətinin dəyişən ehtiyac və prioritetlərini nəzərə almalıdır. Mina təmizləmə məsələsi diqqət mərkəzində olmalıdır. Çünki bu problem məcburi köçkünlərin təhlükəsizlik şəkildə doğma yurdlarına qayıtmasının qarşısını almış olur. Həmçinin itkin şəxslərlə bağlı məsələlər də önəmlidir”.

Tarix: 5 Aprel 2022, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin